Məzmuna keç

Benyamin Netanyahu

Vikipediya, azad ensiklopediya
Benyamin Netanyahu
ivr.בנימין נתניהו‏‎
Vəzifədədir
29 dekabr 2022-ci ildən
ƏvvəlkiYair Lapid
31 mart 2009 – 13 iyun 2021
ƏvvəlkiEhud Olmert
SonrakıNaftali Bennett
İsrailin iqtisadiyyat naziri
3 noyabr 2015 – 1 avqust 2016
18 dekabr 2012 – 11 noyabr 2013
6 noyabr 2002 – 28 fevral 2003
ƏvvəlkiAviqdor Liberman
SonrakıAviqdor Liberman
18 iyun 1996 – 6 iyul 1999
ƏvvəlkiŞimon Peres
SonrakıEhud Barak
İsrailin dini işlər naziri
20 yanvar 1998 – 25 fevral 1998
İsrailin dini işlər naziri
12 avqust 1997 – 22 avqust 1997
İsrailin dini işlər naziri
18 iyun 1996 – 7 avqust 1996
Knesset üzvü
Vəzifədədir
17 fevral 2003-cü ildən
Knesset üzvü
21 noyabr 1988 – 6 iyul 1999
Şəxsi məlumatlar
Doğum adı בנימין נתניהו[4]
Doğum tarixi 21 oktyabr 1949(1949-10-21)[1][2][…] (75 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, dövlət xadimi, hərbi qulluqçu, siyasi publisist[d], politoloq
Atası Benzion Netanyahu
Dini İudaizm
Hərbi xidmət
Mənsubiyyəti İsrail
Qoşun növü İsrail Silahlı Qüvvələri
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi İsrailin dövlət quruluşu

Təltifləri "Cənubi xaç" ordeni (Braziliya) — 2019
İmzanın şəkli
netanyahu.org.il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Benyamin Netanyahu (ivr.בנימין נתניהו‏‎; 21 oktyabr 1949[1][2][…], Tel-Əviv[1]) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru.

Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloqyazıçıdır.

1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir. O bir sıra düşmən ərazilərində gizli hərbi əməliyyatlarda iştirak edir. Həmçinin 9 may 1972-ci ildə Sabena aviaşirkətinə məxsus olan təyyarənin Fələstin terrorçularindan azad edilməsi əməliyyatı zamanı 2 dəfə yaralanıb. 1972-ci ildə Kapitan rütbəsində hərbi xidmətini başa vurduqdan sonra o, ABŞ-yə ali təhsil almaq üçün geri qayıtmalı olur.

1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda memarlıq üzrə bakalavr dərəcəsi alır. 1977-ci ildə Sloan School of Managementə magitsr-menecment dərəcəsi alır və daha sonra Harvard Universitetində siyasətşünaslıq elmi dərəcəsi almışdır. Tələbəlik illərində Benyamin Boston Consultingdə işləmişdir. 1973-cü ildə Yom Kippur Müharibəsi zamanı Binyamin təhsilini yarımçıq saxlayıb İsrailə qayıdır. Burda o bir müddət mebel şirkətində marketinq üzrə top-menecer vəzifəsində çalışır. Bununla paralel olaraq J.Netanyahu adına bir anti terror İnstitutu yaradır və beynalxalq konfranslar təşkil edir. O aralarda bir sıra tanınmış İsrail siyasətçiləri ilə tanış olur. Onlar arasında İsrailin ABŞ-də səfiri olan Moşe Arens də var idi. Benyamin 1982-ci ildə onun müavini vəzifəsində bir yerdə çalışmışdılar.

Azərbaycana səfərlərin tarixi

1997-ci il avqustun 29-da Bakıda Azərbaycan prezidenti Heydər Əliyevlə görüşmüşdür.[5]

2016-cı il dekabrın 13-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.[6]

2025-ci il mayın 8-də onun Bakıda Azərbaycan prezidenti ilə görüşü gözlənilir.[7] Bu, Benyamin Netanyahunun Azərbaycana üçüncü, İsrailin baş nazirinin Azərbaycan Respublikasının yaranmasından ötən illər ərzində yeddinci səfəri olacaq.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Benyamin Netanyahunun məqalələri "Nyu-York Tayms", "Vaşinqton Post", "Los-Anceles Tayms", "Le Monde", həftəlik nəşr olunan "Time" və başqa qəzetlərdə dərc olunmuşdur. Siyasi mövzularda bir neçə kitabın müəllifidir. Terror üzrə Beynəlxalq İnstitutunun (Jonathan İnstitutu) banisi, ABŞ-də İsrail baş konsulu (1982–1984), Birləşmiş Millətlər Təşkilatının (1984–1988) səfiri, xarici İşlər nazirinin müavini (1988–1990), Baş Nazirin Aparatında nazir müavini (1990–1992), və " Likud " partiyasının sədri (1993) olmuşdur. Benyamin Netanyahu üç dəfə evli olmuşdur. İlk həyat yoldaşı Miriam Veyzmannı (hal-hazırda Qalen) Bostonda (ABŞ) işləyərkən görüb və o nikahdan bir qızı Noa dünyaya gəlib. 1982-ci ildə ikinci dəfə Fleyer Keyslə evlənib. Hətta nikaha görə Keys iudaizmi qəbul etməyə məcbur olub. Baxmayaraq ki, atası yəhudi olub. 1991-ci ildə Benyamin üçüncü dəfə məşhur İsrail müəlliminin qızı Sara Ben Artzi ilə evlənir. Bu nikahdan Bibinin iki oğlu dünyaya gəlir: Yair və Avner.

  1. 1 2 3 4 חה"כ בנימין נתניהו. Knesset.
  2. 1 2 Benjamin Netanjahu // Brockhauz Ensiklopediyası (alm.).
  3. https://www.ynetnews.com/articles/0,7340,L-5024958,00.html.
  4. מאחורי אשת הצללים: סיפור חייה של אם ראש הממשלה.
  5. "Welcome to Heydar Aliyevs Heritage Research Center". lib.aliyev-heritage.org. İstifadə tarixi: 2025-05-02.
  6. https://www.gov.il/en/pages/eventazerbaijan131216 (#bare_url_missing_title).
  7. . (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)