Məzmuna keç

Kevin Cozef Farrell

Vikipediya, azad ensiklopediya
Əlahəzrət

Kevin Cozef Farrell

Qüdsün Müqəddəs Qəbirinin ordeni
Orijinal adı
ing. Kevin Joseph Farrell
KilsəKatolik
ArxiyepiskopluqVaşinqton (yardımçı)
VilayətTexas (keçmiş Dallas yepiskopu)
ŞəhərVatikan
SələfJan-Lui Tauran (kamerlenqo kimi)
Digər postlar
  • Müqəddəs Julian Şəhid kilsəsinin kardinal-diakonu (2016–indiyədək)
  • Məxfi Məsələlər üzrə Pontifik Komissiyanın prezidenti (2020–indiyədək)
  • İnvestisiyalar üzrə Pontifik Komitənin sədri (2022–indiyədək)
Təyinatlar
Təyinat15 avqust 2016
by Fransisk
Təqdis14 fevral 2019 (kamerlenqo kimi)
Fransisk tərəfindən
Kardinal yaradılıb19 noyabr 2016
RütbəKardinal
Şəxsi məlumatlar
Doğum2 sentyabr 1947(1947-09-02) (77 yaş)
Milliyət
  • İrlandiya İrlandiya
  • ABŞ Amerika Birləşmiş Ştatları[1]
MəzhəbRoma-Katolik kilsəsi
Yaşadığı yerVatikan
VəzifəsiKilsə lideri
Peşəsi
TəhsiliRoma və Meksikada teoloji təhsil
Şüar
  • lat. State in fide
  • İmanda möhkəm olun!
Kardinalın gerbi

Kevin Cozef Farrell (2 sentyabr 1947, Dublin) - irland əsilli amerikalı katolik din xadimikardinal.

O, 2016-cı ildən Laiklər, Ailə və Həyat üzrə Dikasteriyanın prefekti, 2019-cu ildən Müqəddəs Roma Kilsəsinin kamerlenqosu, 2024-cü ildən isə Vatikan Şəhər Dövlətinin Ali Məhkəməsinin prezidenti vəzifələrində çalışır. Papa Fransiskin 2025-ci ilin aprelində vəfatından sonra Vatikanın regenti təyin olunmuşdur.

Erkən illəri və təhsili

[redaktə | vikimətni redaktə et]

Kevin Cozef Farrell 2 sentyabr 1947-ci ildə İrlandiyanın Dublin şəhərində anadan olub [2]. Ailədə dörd qardaşdan ikincisidir. Böyük qardaşı Breyn Farrell 2002-ci ildə Roma Kuryasında Xristian Birliyinin Təşviqi üzrə Pontifik Şuranın katibi təyin olunmuşdur.

Farrell, bakalavr təhsilini İspaniyanın Salamanka Universitetində alıb. Daha sonra Roma şəhərində yerləşən Papalıq Qriqorian Universitetində fəlsəfə üzrə magistrteologiya üzrə lisenziya (Müqəddəs İlahiyyat Lisenziyası - ilahiyyatda üç kilsə dərəcəsindən ikincisi) dərəcələri qazanıb. O, eyni zamanda Müqəddəs Akvinalı Foma Universitetində (Angelicum) dogmatik teologiya üzrə magistr (1976) və pastoral teologiya üzrə müqəddəs teologiya lisenziyası (1977) almışdır [3]. Həmçinin ABŞ-da Notr Dam Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir [4]. 2017-ci ildə həmin universitet tərəfindən ona fəxri hüquq doktoru adı verilmişdir [5].

Keşişlik fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Farrell 24 dekabr 1978-ci il tarixində Kardinal Eduardo Pironio tərəfindən Romada yerləşən Guadalupe Bazilikasında keşiş təyin olunmuşdur [6]. İlk illərində Meksikanın Monterrey şəhərində Universitetdə kapellan və bioetika, sosial etika üzrə seminarlar aparan müəllim kimi çalışmışdır.

1980-ci illərin əvvəlində Legionerlər Cəmiyyətindən ayrılaraq ABŞ-ın Vaşinqton Baş Yeparxiyasına (Roma Katolik Kilsəsi) keçmişdir. 1984-cü ildə Merilend ştatının Olney şəhərində Müqəddəs Pyotr kilsəsində köməkçi keşiş təyin olunub. Daha sonra BetesdaVaşinqtondakı digər icmalarda keşiş kimi xidmət etmişdir. 1985-ci ildə İspan dilli Katolik Mərkəzinin direktoru təyin olunmuşdur [7].

1988-ci ildə Vaşinqton Baş Yeparxiyasında Katolik Yardım Xidmətinin müvəqqəti direktoru, 1989–2001-ci illərdə isə maliyyə katibi vəzifəsində çalışıb. 1995-ci ildə Vatikan tərəfindən monsenyor tituluna layiq görülüb. 2001-ci ildə arxiyepiskopluğun ümumi vikarı (yepiskop) və Vaşinqtondakı Müjdələmə kilsəsinin keşişi təyin olunmuşdur [7].

Vaşinqtonun yardımçı yepiskopu

[redaktə | vikimətni redaktə et]

28 dekabr 2001-ci ildə Papa II İohann Pavel onu Vaşinqton arxiyepiskopluğunun köməkçi yepiskopu təyin etdi.

O, 11 fevral 2002-ci ildə Vaşinqtondakı Milli Müqəddəs Məryəm bazilikasında Kardinal McCarrick tərəfindən yepiskop təqdi aldı. Birgə təqdis edənlər Kardinal Ceyms Hikki və Yepiskop Leonard Olivier olmuşdur [6].

Farrell 2007-ci ilə qədər Vaşinqton kuryasının koordinatoru və arxiyepiskopluğun baş vikarı olaraq fəaliyyət göstərmişdir [8].

Dallas yepiskopu

[redaktə | vikimətni redaktə et]

6 mart 2007-ci il tarixində Papa XVI Benedikt Farrelli Dallas yeparxiyasının yepiskopu təyin etdi. O, 1 may 2007-ci ildə rəsmi olaraq vəzifəsinin icrasına başladı [9].

ABŞ Katolik Yepiskoplar Konfransında (USCCB) Miqrasiya Komitəsinin müşaviri və 2009-cu ildə Milli Toplama Komitəsinin sədri olub [10].

Qardaşı Breyn Farrell də Vatikanda vəzifə daşıdığı üçün, Kevin Farrell bir müsahibəsində zarafatla qeyd etmişdi: “Mən yaşca kiçiyəm, amma ondan bir il əvvəl yepiskop olmuşam. Hələ də bir az qardaş rəqabətimiz qalır.” [11].

17 avqust 2016-cı ildə Papa Fransisk onu yeni yaradılmış Laiklər, Ailə və Həyat üzrə Dikasteriyanın prefekti təyin etdi [12].

9 oktyabr 2016-cı ildə isə onu kardinal elan edəcəyini açıqladı [13].

19 noyabr 2016-cı ildə keçirilən konsistoriyada San Giuliano Martire kilsəsinə kardinal-diakon təyin edildi [14].

10 iyun 2017-ci ildə Apostol Taxtının Əmlak İdarəçiliyi üzrə Şuraya [15], 23 dekabrda isə Vatikan Şəhər Dövlətinə dair Pontifik Komissiyaya üzv təyin olundu [16]. 2018-ci ilin iyulunda Dallas Universiteti, onun əvvəlki rektorluq fəaliyyətinə görə bir inzibati binaya onun adını verdi [17][18].

14 fevral 2019-cu ildə Papa Fransisk onu Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu təyin etdi[19][8].

Sonrakı illər və yeni vəzifələr

[redaktə | vikimətni redaktə et]

2019-cu ilin iyununda Farrell qəbul etdiyi 29,000 dollarlıq hədiyyə ilə bağlı açıqlama verdi. Məlum olmuşdu ki, həmin vəsaiti onun Vatikandakı mənzilinin təmirinə görə Yepiskop Bransfild vermişdi. Bransfildin xərcləri dieosdan qanunsuz şəkildə istifadə etməklə qarşıladığı ortaya çıxmış, o vəzifədən azad edilmişdi. Farrell həmin vəsaiti geri qaytarmışdı [20].

20 aprel 2020-ci il tarixində Farrell, COVID-19 pandemiyası səbəbilə Ailələrin Dünya Görüşü (2021) və Gənclər Günü (2022) tədbirlərinin müvafiq olaraq 2022 və 2023-cü illərə keçirilməsinə nail oldu [21][22][23].

29 sentyabr 2020-ci ildə Papa Fransisk onu yeni yaradılmış Məxfi Məsələlər üzrə Komissiyanın prezidenti təyin etdi [24]. Bu qurum Vatikanın məxfi hüquqi və maliyyə qərarlarına nəzarət edir [25].

7 iyun 2022-ci ildə o, İnvestisiyalar üzrə Papalıq Komitəsinin sədri təyin edildi [26]. Komitənin vəzifəsi Kilsənin sərmayələrinin həm etik, həm də iqtisadi baxımdan uyğunluğunu təmin etməkdir [27].

1 yanvar 2024-cü ildə Farrell Vatikan Şəhər Dövlətinin Ali Məhkəməsinin prezidenti təyin olunmuşdur [28].

20 mayda isə Papa onu LIII Beynəlxalq Eucharist Konqresinə xüsusi nümayəndə təyin etdi [29].

2024-cü ilin noyabrında Fransisk, Farrelli Vatikanın təqaüd fondunun yeganə rəhbəri təyin etdi [30].

Papa Fransiskin vəfatı

[redaktə | vikimətni redaktə et]

21 aprel 2025-ci il tarixində Kevin Farrell Vatikan televiziyasında yayımlanan bəyanatla Papa Fransiskin vəfat etdiyini açıqladı [31]. Həmin axşam ölümünün rəsmi təsdiqi mərasiminə rəhbərlik etdiyi bildirildi [32].

  1. Glatz, Carol. "Pope appoints U.S. cardinal to manage Vatican's troubled pension fund" (ingilis). Vatican City: The Arlington Catholic Herald. Catholic News Service. 21 November 2024. İstifadə tarixi: 21 April 2025. Cardinal Farrell (...) is a naturalized U.S. citizen born in Ireland and served as auxiliary bishop of the Archdiocese of Washington from 2002 to 2007 and bishop of Dallas from 2007 to 2016.
  2. Hodges, Sam. "Bishop Kevin Farrell has whirlwind first year as Dallas' Catholic Diocese leader". The Dallas Morning News. June 29, 2010 tarixində arxivləşdirilib.
  3. "Bio". www.officialcatholicdirectory.com. November 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2016.
  4. "Appointed Prefect of the New Dicastery for Laity, the Family and Life". Pontifical Council for the Laity. January 25, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2023.
  5. Brown, Denis. "Seven to receive Notre Dame honorary degrees". Notre Dame News. March 30, 2017. May 17, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2023.
  6. 1 2 "Kevin Joseph Cardinal Farrell [Catholic-Hierarchy]". Catholic-Hierarchy.org. David M. Cheney. 8 November 2023. October 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
  7. 1 2 "The Short Biography of Bishop Kevin J. Farrell". Sacred Heart of Jesus Chinese Parish. May 17, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
  8. 1 2 "Pope Francis names Cardinal Kevin Farrell camerlengo". Catholic News Agency (ingilis). November 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.
  9. "Diocese of Dallas, United States". GCatholic.org. October 18, 2008. November 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  10. "Committee Membership". United States Conference of Catholic Bishops. September 28, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2008.
  11. Gaetan, Victor. "The Bishops Farrell: An Answer to an Irish Mother's Prayers". National Catholic Register. March 26, 2015. October 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2017.
  12. "Rinunce e nomine" (Press-reliz) (italyan). Holy See Press Office. August 17, 2016. August 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2016.
  13. "Annuncio di Concistoro per la creazione di nuovi Cardinali" (Press-reliz) (italyan). Holy See Press Office. October 9, 2016. October 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  14. "Titular churches and diaconates of the new cardinals" (Press-reliz). Holy See Press Office. November 19, 2016. June 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  15. "Resignations and Appointments" (Press-reliz). Holy See Press Office. June 10, 2017. September 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  16. "Resignations and Appointments" (Press-reliz). Holy See Press Office. December 23, 2017. May 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2018.
  17. "University Names New Building Cardinal Farrell Hall". University of Dallas (ingilis). October 6, 2016. July 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 29, 2018.
  18. "University of Dallas Celebrates Completion of Cardinal Farrell Hall - Hill & Wilkinson". Hill & Wilkinson (ingilis). July 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 29, 2018.
  19. "Resignations and Appointments" (Press-reliz). Holy See Press Office. February 14, 2019. February 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2019.
  20. "Boburg, Sean et al., "Vatican cardinal, other priests to return cash gifts from ousted West Virginia bishop Michael Bransfield", The Washington Post, June 7, 2019". The Washington Post. November 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2024.
  21. "Declaration of the Director of the Holy See Press Office, Matteo Bruni". The Vatican. April 20, 2020. June 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2024.
  22. "Pope postpones two mega-events by a year because of coronavirus". Reuters. April 20, 2020. May 17, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2024.
  23. "Pope postpones World Meeting of Families, World Youth Day". April 20, 2020. December 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2024.
  24. "Resignations and Appointments". press.vatican.va. October 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2020.
  25. ""Praedicate Evangelium" on the Roman Curia and its service to the Church and to the World (Commission for Confidential Matters, Art. 225))". Vatican. 2022-03-19. July 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
  26. "Resignations and Appointments, 07.06.2022" (Press-reliz). Holy See Press Office. 2022-06-07. December 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2023.
  27. ""Praedicate Evangelium" on the Roman Curia and its service to the Church and the World (Committee for Investments, Art. 227)". Vatican. 2022-03-19. July 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
  28. Ed. Condon, Pope Francis stacks the Vatican 'supreme court' — but why?, The Pillar (June 5, 2023).
  29. "El Papa Francisco nombra un enviado especial para el Congreso Eucarístico Internacional Quito 2024" (ispan). Aciprensa.com. May 20, 2024. İstifadə tarixi: May 20, 2024.
  30. "Francis names Cardinal Farrell as Vatican 'pension czar'". The Pillar. November 22, 2024. İstifadə tarixi: November 25, 2024.
  31. "Irish-born cardinal announces Pope Francis's death". The Herald. 21 April 2025. İstifadə tarixi: 21 April 2025.
  32. "Cardinal Farrell to preside at rite of ascertainment of Pope Francis' death". Vatican News. 21 April 2025. İstifadə tarixi: 21 April 2025.


Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]