Məzmuna keç

Cəmil Quliyev (tarixçi)

Vikipediya, azad ensiklopediya
Cəmil Quliyev
Doğum tarixi 16 dekabr 1927(1927-12-16)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2010(2010-12-27) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri tarix, siyasət
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1981 "İstiqlal" ordeni — 2005 "Şöhrət" ordeni — 1997
Azərbaycan SSR Dövlət mükafatı — 1974 Azərbaycan SSR əməkdar elm xadimi — 1982

Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV27 dekabr 2010, Bakı) — Azərbaycan-sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü.[1]

Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C. B. Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir.1952-ci ildən ADU-damüəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. C. B. Quliyev 7 cildlik "Azərbaycan tarixi"nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə "Naxçıvan ensiklopediyası" (1999–2002) çapdan çıxmışdır.[1]

C. B. Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

27 dekabr 2010-cu ildə vəfat etmişdir. Tarix elmləri doktoru, professor idi.[1][2]

  1. Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
  2. Qara gölün cəngavərləri (film, 1984)
  1. 1 2 3 "Cəmil Bahadur oğlu Quliyev". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20. (#redundant_parameters); (#redundant_parameters)
  2. "Скончался азербайджанский ученый Джамиль Гулиев". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016