Məzmuna keç

Əkrəm İmamoğlu

Vikipediya, azad ensiklopediya
Əkrəm İmamoğlu
türk. Ekrem İmamoğlu
2024-cü ilin martında İmamoğlu
2024-cü ilin martında İmamoğlu
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri
Vəzifədədir
27 iyun 2019-cu ildən
ƏvvəlkiƏli Yerliqaya (müvəqqəti)
Sədrin birinci müavini Nuri Aslan hal-hazırda vəzifəni müvəqqəti icra edir.
17 aprel 2019 – 6 may 2019
ƏvvəlkiMövlud Uysal
SonrakıƏli Yerliqaya (müvəqqəti)
Türkiyə Bələdiyyələr Birliyinin sədri
5 iyun 2024 – 23 mart 2025
ƏvvəlkiYücel Yılmaz
SonrakıZeydan Karalar (müvəqqəti)
Bəylikdüzü Bələdiyyəsinin sədri
30 mart 2014 – 9 aprel 2019
ƏvvəlkiYusif Uzun
SonrakıMehmet Murad Çalıq
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1971(1971-06-03)[1] (53 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iş adamı, yaradıcı
Həyat yoldaşı
Uşağı 3[3]
Dini İslam[7]

İmzanın şəkli
ekremimamoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əkrəm İmamoğlu (türk. Ekrem İmamoğlu; d. 3 iyun 1971[1], Cevizli[d], Trabzon ili[4]) — Türkiyə siyasətçisi, İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri (2019-cu ildən). O, növbəti prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının prezident namizədi elan edilmişdir.

İmamoğlu 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir.[8] O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir.[9] Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırılmış və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilmişdir.[10]

5 iyun 2024-cü ildə Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilmiş,[11] 23 mart 2025-ci ildə bu vəzifəsindən azad edilmiş və yerinə müvəqqəti olaraq Zeydan Karalar gətirilmişdir.[12] O, 19 mart 2025-ci ildə "terror fəaliyyətləri yürütmə və qruplaşmalarda iştirak etmə" ittihamları ilə saxlanılmışdır. Bu hadisənin ardından, eyni gündə ölkə daxilində İmamoğlunun saxlanılmasına qarşı etirazlar başlamışdır. 23 mart 2025-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, eyni gündə bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdırılmışdır. O, həbs qərarının ardından Silivri həbsxanasına göndərilmişdir.[13]

İmamoğlu 1970-ci ilin 4 iyununda[14] Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur.[15][16] İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Məzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulmuşdur. 1995-ci ildə Dilək Qaya ilə evlənmişdir və üç övladı var.[14][15]

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

İmamoğlu 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulmuşdur[17] və 2009-cu ildə partiyanın gənclər bölməsinin sədri seçilmişdir.[18] 16 sentyabr 2009-cu ildə CHP tərəfindən İstanbul Bəylikdüzü bölgəsi üzrə partiyanın qəsəbə təşkilatının sədrliyinə seçilmişdir. Daha sonra 15 iyul 2013-cü ildə Bəylikdüzü bələdiyyə sədrliyinə namizədliyini vermək üçün vəzifədən ayrılmazdan əvvəl 8 mart 2012-ci ildə yenidən bu vəzifəyə seçilmişdir.[16] Seçki 2014 Türkiyə bələdiyyə seçkilərinin tərkibində 30 mart 2014-cü ildə keçirildi və İmamoğlu vəzifədəki Ədalət və İnkişaf Partiyasının namizədi Yusuf Uzunu məğlub edərək və səslərin 50,44%-ni toplayaraq qalib gəlmişdir.[15][17][19]

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaşın 23 sentyabr 2017-ci ildə istefasından sonra İmamoğlu CHP tərəfindən namizəd kimi irəli sürüldü. Lakin İstanbul Bələdiyyə Məclisində Topbaşın qalan səlahiyyət müddətinin icrası ilə əlaqədar 28 sentyabr 2017-ci ildə keçirilən seçkidə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Mövlud Uysala üç raunddan sonra uduzdu: Uysal 179, İmamoğlu isə 125 səs toplamışdı.[20] CHP 18 dekabr 2018-ci ildə 2019 İstanbul bələdiyyə seçkiləri üçün yenidən İmamoğlunun namizədliyini irəli sürdü.[21] CHP ilə ittifaq quran İYİ PartiyaXalqların Demokratik Partiyası (HDP) namizəd irəli sürməkdən imtina etmiş və bu da İmamoğlu üçün dəstəyi artırmışdır.[22]

Seçkilər 31 mart 2019-cu ildə keçirildi. Ali Seçki Şurasının qərarına görə 25,000 səs fərqi ilə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım üzərində qələbə qazandı. Ədalət və İnkişaf Partiyası öz namizədinin adından nəticələri mübahisələndirdi və iddia etdi ki, etibarsız səslər seçkiyə təsir etmiş ola bilər və ardınca da şəhərdə böyük plakatlar asaraq Yıldırımı qalib elan etdi.[23] İmamoğlu öz növbəsində partiyanı günahlandırdı və onu "pis məğlublar" adlandırdı.[24] Səslərin yenidən hesablanması 17 aprel 2019-cu ildə başa çatdı və səs fərqi 16,000-ə endi və elə həmin gün sədrlik vəsiqəsi təqdim edilərək İmamoğlu vəzifəyə başladı.[25] Yüksək Seçim Komisiyyası 6 may 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin yenilənməsinə qərar verdi və həmin gün Əkrəm İmamoğlunun əlindən sədrlik vəsiqəsi də alındı. 23 iyun 2019-cu ildə təkrarlanan seçkilərində yenidən qələbə qazanaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilmişdir. 2022-ci ilin dekabr ayında Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi əsas gətilərək haqqında 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.[26]

18 mart 2025-ci ildə diplomu ləğv edilib.[27] 1 gün sonra isə o, "terror fəaliyyətləri yürütmə və qruplaşmalarda iştirak etmə" ittihamları ilə saxlanılıb.[28] 23 mart 2025-ci ildə barəsində həbs qətimkan tədbiri seçilib[29][30] və o, eyni gündə bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.[31][32][33] 26 mart 2025-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsində sədr əvəzi seçilməsi ilə bağlı iclas keçirilmiş və sədrin birinci müavini Nuri Aslan müvəqqəti bu vəzifəyə gətirilmişdir.[34]

23 mart 2025-ci ildə CHP-nin Türkiyədəki növbəti prezident seçkilərində prezident namizədini müəyyənləşdirmək üçün keçirdiyi ilkin prezident seçkisində İmamoğlu tək namizəd oldu və CHP sədri Özgür Özəlin sözlərinə görə, o, 14 milyon 850 mindən çox səs alaraq partiyanın rəsmən prezident namizədi seçildi.[35][36]

  1. 1 2 https://www.gazeteduvar.com.tr/ekrem-imamoglu-gercek-dogum-tarihini-acikladi-haber-1589035.
  2. 1 2 https://www.milliyet.com.tr/siyaset/anap-li-ailenin-chp-li-cocugu-2798083.
  3. http://www.milliyet.com.tr/anap-li-ailenin-chp-li-cocugu-siyaset-2798083/.
  4. 1 2 https://web.archive.org/web/20231103200316/https://www.ibb.istanbul/icerik/baskan-ozgecmis.
  5. https://t24.com.tr/haber/imamoglu-chp-ye-nasil-uye-oldugunu-anlatti,823675.
  6. https://www.bbc.com/turkce/articles/cvg1j7vx5gjo.
  7. https://www.bbc.com/turkce/haberler-turkiye-47751170.
  8. "Ekrem İmamoğlu Kimdir" (Turkish). ekremimamoglu.com. 28 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2019.
  9. "The Latest: Opposition candidate says he won Istanbul". Associated Press. 1 April 2019. 11 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  10. "Analysis: Turkey's elections show Erdogan's power is finally waning – and a new political star is born in Istanbul". The Independent (ingilis). 1 April 2019. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2019.
  11. "Ekrem İmamoğlu, Türkiye Belediyeler Birliği Başkanı seçildi". 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-06.
  12. Ekrem İmamoğlu'ndan boşalan Türkiye Belediyeler Birliği Başkanlığı koltuğuna Zeydan Karalar geçti
  13. "Ekrem İmamoğlu Marmara Cezaevi'ne götürüldü". Milliyet (türk). 23 mart 2025. İstifadə tarixi: 23 mart 2025.
  14. 1 2 İnan, Mert. "ANAP'lı ailenin CHP'li çocuğur". Milliyet (Turkish). 20 December 2018. 6 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  15. 1 2 3 "Ekrem İmamoğlu'nun hayatı… Ekrem İmamoğlu kimdir, nereli ve kaç yaşında?". Sozcu (Turkish). 28 December 2018. 28 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  16. 1 2 "Ekrem İmamoğlu Biyografisi". Haberler (Turkish). March 2019. 6 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  17. 1 2 "Ekrem İmamoğlu kimdir? (CHP'nin İstanbul Büyükşehir Belediye başkan adayı)" (Turkish). NTV. 3 December 2018. 28 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2019.
  18. Gorcin, Omer Faruk. "Erdogan's challenger? Hope behind the man close to becoming Istanbul's new mayor". Middle East Eye. 4 April 2019. 13 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  19. "Ekrem İmamoğlu nereli? Ekrem İmamoğlu kimdir? Ekrem İmamoğlu kaç yaşında?" (Turkish). Fanatik. 4 December 2018. 28 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2019.
  20. Haberleri, Gündem. "Son dakika: İBB Başkanlığı'na Mevlüt Uysal seçildi!". Sabah (Turkish). 28 September 2017. 6 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  21. "Son dakika... CHP'nin İstanbul adayı Ekrem İmamoğlu oldu". Hurriyet (Turkish). 18 December 2018. 2 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  22. Kucukgocmen, Ali; Coskun, Orhan. "Losing its luster – how Erdogan party's campaign put off Istanbul voters". Reuters. 5 April 2019. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  23. "Turkey election: Erdogan disputes results in major cities". BBC News. 2 April 2019. 25 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  24. Lowen, Mark. "Turkey AK party rulers are bad losers, says election 'winner' Imamoglu". BBC News. 4 April 2019. 13 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2019.
  25. Gumrukcu, Tuvan. "Erdogan's AK Party to seek recount of all Istanbul votes". Reuters. 7 April 2019. 11 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2019.
  26. "Əkrəm İmamoğluna həbs cəzası verildi". 2022-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
  27. "Ekrem İmamoğlunun diplomu ləğv edildi". Oxu.az (az.). İstifadə tarixi: 2025-03-18.
  28. Anadolu agentliyi. 19 mart 2025 https://www.aa.com.tr/tr/gundem/ibbdeki-teror-ve-orgutlu-suclar-sorusturmalarinda-79-supheli-gozaltina-alindi/3513762 (#bare_url_missing_title). İstifadə tarixi: 19 mart 2025.
  29. ANKA. "Son Dakika... İBB Başkanı Ekrem İmamoğlu tutuklandı! 'Terör'den karar bekleniyor... - Sözcü Gazetesi". www.sozcu.com.tr (türk). 23 mart 2025. İstifadə tarixi: 23 mart 2025.
  30. "Son Dakika... Karar açıklandı: Ekrem İmamoğlu tutuklandı!". www.cumhuriyet.com.tr (türk). 23 mart 2025. İstifadə tarixi: 23 mart 2025.
  31. "Ekrem İmamoğlu görevden uzaklaştırıldı". www.trthaber.com (türk). 23 mart 2025. İstifadə tarixi: 23 mart 2025.
  32. "İBB Başkanı İmamoğlu'nun geçici tedbir olarak görevinden uzaklaştırıldığı bildirildi". Haber Kıbrıs (türk). 23 mart 2025. İstifadə tarixi: 23 mart 2025.
  33. "Ekrem İmamoğlu'na görevden uzaklaştırma, Şişli Belediyesi'ne kayyum". www.ntv.com.tr (türk). 23 mart 2025. İstifadə tarixi: 23 mart 2025.
  34. Nuri Aslan İBB'de başkan vekili seçildi
  35. 15 milyona yakın kişinin katıldığı belirtilen ön seçim sonrası İmamoğlu resmen CHP adayı ilan edildi
  36. İmamoğlu'na 14 milyon 850 bin oy

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
Siyasi vəzifə
Sələfləri 
Əli Yerliqaya (müvəqqəti)
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri
27 iyun 2019 – hal-hazırda
Xələfləri 
Vəzifədədir
Sələfləri 
Mövlud Uysal
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri
17 aprel 2019 – 6 may 2019
Xələfləri 
Əli Yerliqaya (müvəqqəti)
Sələfləri 
Yücəl Yılmaz
Türkiyə Bələdiyyələr Birliyinin sədri
5 iyun 2024 – 23 mart 2025
Xələfləri 
Zeydan Karalar (müvəqqəti)
Sələfləri 
Yusuf Uzun
Bəylikdüzü Bələdiyyəsinin sədri
İstanbul

3 aprel 2014 – 9 aprel 2019
Xələfləri 
Mehmet Murat Çalık
Partiya siyasi vəzifəsi
Sələfləri 
Vəzifə təsis edildi
CHP İstanbul Bəylikdüzü ilçə sədri
16 sentyabr 2009 – 15 iyul 2013
Xələfləri 
Turan Taşkın Özer