Vikipediya:Bilirsinizmi namizədləri
Görünüş

Ana səhifənin "Bilirsinizmi" bölməsi vikipediya məqalələrində yer alan maraqlı faktları oxucularla tanış etmək, beləcə, həmin məqalərə diqqət çəkmək məqsədi daşıyır. Hər həftə üçün nəzərdə tutulmuş "Bilirsinizmi" paketində 5 fakt olmalıdır. Bu səhifə "Bilirsinizmi" bölməsi üçün fakt namizədliklərini koordinasiya etmək və bölməyə marağı artırmaq üçün nəzərdə tutulmuşdur. Əgər layihə ilə bağlı hansısa təklifləriniz varsa, zəhmət olmasa, bunu açıq şəkildə müzakirə səhifəsində qeyd edin. Arxivlərə buradan baxa bilərsiniz.
Kriteriyalar
[vikimətni redaktə et]- Faktın yer aldığı məqalə(lər) vikiləşdirilmiş olmalı, məlumatları istinadlı olmalı və ən az 2000 bayt ölçüsündə (istinadları, cədvəlləri, siyahıları, şablon başlıqlarını çıxmaqla) olmalıdır.
- Fakt əlaqəli məqalələrin içərisində etibarlı bir mənbə ilə göstərilməlidir, yəni mütləq istinadlı olmalıdır.
- Fakt oxucuda maraq oyadan, diqqəti cəlb edən, maraqlı bir məlumat ehtiva etməlidir. Standart məlumatlar (Bakı Azərbaycanın ən böyük şəhəri və paytaxtıdır, "Koroğlu" operasının müəllifi Üzeyir Hacıbəyovdur) bilirsinizmi bölməsində verilməməlidir. Şablon faktlardan çəkinilməlidir.
- Fakt dəqiq və tez bir zamanda dəyişməyən bir məlumat ehtiva etməlidir.
Formatlaşdırma
[vikimətni redaktə et]- Fakt sadəcə bir cümlə şəklində verilməli, aydın və cəlbedici formada yazılmalıdır.
- Fakt cümləsində yer aldığı məqalələrin adları qalın şriftlə verilməli və həmin məqalələrə keçidlər verilməlidir.
- Əsas məqaləyə (bəzi hallarda birdən artıq məqalə ola bilər) olan keçidlərdə şəkilçilər də qalın verilməlidir, digər keçidlər də bu formada, bitişik olmalı, şəkilçilər boş qalmamalıdır.
- Cümlənin uzunluğu 200 simvoldan (boşluqlar daxil) çox olmamalıdır (keçidlər daxil deyil).
- Fakt cümləsi tərəfsiz yazılmalıdır.
- Fakt cümləsi parafraz edilə bilər, oxucunun diqqətini cəlb edəcək formada yazıla bilər.
- Hər sözə keçid verməyin, keçidlərin doğruluğundan və vacib mövzulara keçidlər verildiyindən əmin olun.
- Məqalə personaj və ya uydurma haqqındadırsa, cümlə real dünyaya uyğun şəkildə verilməlidir.
- Faktların yer aldığı əsas məqalənin/məqalələrin müzakirə səhifəsində bu barədə qeyd yerləşdirilir.
Fayllar
[vikimətni redaktə et]Bilirsinizmi bölməsindəki şəkil:
- Azad lisenziyalı olmalıdır.
- Məqalədə olmalı və fakt cümləsinə uyğun olmalıdır.
- Ölçüsü 130px-dən çox olmamalıdır.
- Fotonun aid olduğu fakt cümləsinin içərisində "(şəkildə)" yazısı qoyulmalı, alt yazısı ilə göstərilməlidir. Həmin fakt bölmədə ilk fakt kimi verilməlidir.
- Faktdan asılı olaraq səs və videofayllardan da istifadə oluna bilər.
İstifadəçi qutuları
[vikimətni redaktə et]Kod | Nəticə | |
---|---|---|
{{Şablon:İstifadəçi Bilirsinizmi sayı|5}} |
Bu istifadəçi 5 Bilirsinizmi faktı təqdim edib. |
İstifadəsi |
{{Şablon:İstifadəçi Bilirsinizmi|9}} |
![]() Bu istifadəçi tərəfindən yazılmış və ya genişləndirilmiş 9 məqalə Bilirsinizmi bölməsində yer almışdır. |
İstifadəsi |
Təqdimat
[vikimətni redaktə et]- Qeydiyyatdan keçmiş hər bir istifadəçi yuxarıdakı kriteriyalara əsasında faktlar təqdim edə bilər.
- Müəyyən bir ölkə və ya mövzuya fokuslanmaqdan çəkinin. Hər həftənin Bilirsinizmi bölməsindəki 5 faktdan ən çoxu sadəcə bir mövzuda 2-si eyni ölkə və ya mövzuya aid ola bilər.
- Fakt təqdim edərkən tərəfsiz olun, yaşayan şəxslər haqqında məqalələrə həssaslıqla yanaşın.
- Artıq Ana səhifədə görünmüş təkrar faktları əlavə etməyin.
Fikir bildirmə
[vikimətni redaktə et]
Namizədliklər
[vikimətni redaktə et]- Namizədlik ver
- Cari namizədliklər (arxiv üçün bura baxın)

- Ukrayna İnternet Partiyası (şəkildə) 2014-cü ildə keçirilən Ukrayna prezident seçkilərində Dart Veyder adlı şəxsi namizəd kimi göstərmişdir.
- Fakt və ya məqalə müəllifi: White Demon
- Namizədlik verən: Sousou no Frieren 15:16, 25 aprel 2025 (UTC)
- Yarayır — Bikar müzakirə 19:37, 25 aprel 2025 (UTC)
- Ukraynanın Pereyaslav şəhərindəki keçmiş kilsə binasında yerləşən Kosmos Muzeyində Ukraynanın ilk Fuko kəfkiri sərgilənir.
- Fakt və ya məqalə müəllifi: White Demon
- Namizədlik verən: Sousou no Frieren 18:29, 26 aprel 2025 (UTC)
- Roma say sistemində müəyyən dövrdə VI əvəzinə başqa simvoldan istifadə edilmişdir.
- Fakt və ya məqalə müəllifi: ChanisCaucasi
- Namizədlik verən: --► Hörmətlə: ChanisCaucasi 21:10, 27 aprel 2025 (UTC)
- Rusiyada keçirilən Beringiya xizək iti yarışı 1992-ci ildə ən uzun xizək iti yarışı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
- Fakt və ya məqalə müəllifi: White Demon
- Namizədlik verən: Sousou no Frieren 04:54, 29 aprel 2025 (UTC)