Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 203.868 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Əbdürrəhim bəy Haqverdiyev — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur.

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu – XX əsrin əvvəllərində ədəbi-mədəni mühitin aparıcı simalarından biri olmuşdur. Mirzə Fətəli AxundzadəNəcəf bəy Vəzirovun yaradıcılıq ənənələrini davam etdirən Haqverdiyev eyni zamanda satirik və psixoloji dram janrlarında yazdığı əsərlərlə milli ədəbiyyatın inkişafına töhfə vermişdir.

Haqverdiyev öz yaradıcılığında dövrün sosial və mənəvi problemlərini əks etdirmiş, maarifçilik ideyalarının yayılmasına xidmət etmişdir. "Dağılan tifaq", "Ac həriflər", "Bəxtsiz cavan", "Pəri cadu" kimi pyeslərində milli məişət həyatının tənqidi təsviri, insan xarakterlərinin açılması və satirik dil xüsusilə ön plana çıxır. O, həmçinin klassik Şərq və Qərb ədəbiyyatından tərcümələr etmiş, dramaturgiyanın inkişafı üçün pedaqoji və publisistik fəaliyyət göstərmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Müzəffərilər — 1314–1393-cü illərdə Mərkəzi İranda, Əcəm İraqında və fasilələrə Azərbaycanda hakimiyyətdə olmuş ərəb əsilli sülalə. Müzəffəri hakimiyyətinin banisi Mübarizəddin Məhəmməd sayılır. Onun dövründə Müzəffərilər güclənərək Yəzd, Kirman, Şiraz, İsfahan, LuristanFars bölgələrində hakimiyyət qurdular.

Mübarizəddin Məhəmməddən sonra hakimiyyətə gələn Şah Şüca paytaxtı Şiraza köçürdü. Onun hakimiyyətinin ilk illərində hakimiyyətdaxili mübarizə və Cəlairilər ilə hərbi qarşıdurmalar yaşandı. Lakin rəqiblərini məğlub edərək Müzəffəri ərazilərində tam nəzarəti təmin edə bildi. Şah Şüca bir neçə dəfə Azərbaycanı ələ keçirmək üçün Cəlairilər üzərinə yürüşlər təşkil etsə də, bu yürüşlər nəticəsiz oldu. XIV əsrin 80-ci illərindən etibarən Xorasanı tamamilə ələ keçirən Teymurilər Müzəffəri sərhədlərinə çatdılar. Bu dövrdə Əmir Teymur Şah Şücaya tabe olması üşün ultimatum göndərdi. Şah Şüca Teymurilərin vassallığını qəbul etdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Eldəniz hökmdarlarının siyahısıEldənizlər sülaləsindən olan hökmdarların siyahısı. Qıpçaq əsilli Eldəniz hakimiyyətinin əsası BərdəNaxçıvan mərkəz olmaqla 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdur. Həmçinin Şəmsəddin Eldəniz və Məhəmməd Cahan Pəhləvan dövründə Eldənizlər ən qüdrətli dövrünü keçirmişdir. Bu dövrdə öz hakimiyyət sahələrini Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı, Şirvan, Gilan, Mazandaran, Kirman, FarsXuzistana doğru genişləndirmişdilər. Eldənizlərin paytaxtı müxtəlif dövrlərdə Bərdə, Naxçıvan, HəmədanTəbriz şəhərləri olmuşdur.

Qızıl Arslanın ölümündən sonra dağılma dövrünə qədəm qoyan Eldənizlər, Nüsrəddin Əbubəkrin hakimiyyətinin əvvəlindən başlayaraq ara müharibələri və xarici müdaxilələr ilə müşayiət olunan süqut dövrünü 1225-ci ildə son hökmdar Özbəyin ölümü ilə tamamladılar. Müzəffərəddin Özbək dövründən etibarən Eldənizlər təkcə Azərbaycandakı hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər. 1225-ci ildə Cəlaləddin Mənguberdinin yürüşü ilə Azərbaycan da tamamilə Eldənizlərin tabeliyindən çıxdı. Özbəyin ölümündən sonra məmlükləri və nəvəsi II Əbubəkr Eldəniz hakimiyyətini bərpa etməyə cəhd göstərsə də, bu üsyanlar Xarəzmşahlar tərəfindən yatırıldı.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli